Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs ƏLƏ KEÇDİ

29 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

O, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

Araşdırmalar davam etdirilir.

“Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər”, - deyə məlumatda qeyd edilib.

Press.az 

Oxşar xəbərlər
OTACI