First slide

Tanınmış repçi Kulio vəfat edib

29 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib.

Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub.

İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Hip-hop ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Cennifer Pfayferlə “Dangerous Thoughts” filminin “soundtrackına” çevrilən “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.

 

Oxşar xəbərlər
OTACI