Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu

29 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Sivas vilayətinin Koyuhisar rayonunda yanacaqdoldurma məntəqəsinin bağçasına helikopter enib.

Hadisəni görənlər gözlərinə inanmayıblar. Helikopter yanacaqdoldurma məntəqəsində tankerdən yanacaq doldurub. Bu anlar stansiyanın təhlükəsizlik kameralarına əks olunub. Qeydə alınan görüntülər sosial şəbəkələrdə gündəm olub.

Məlum olub ki, hər kəsi təəccübləndirən helikopter yüksək gərginlikli xətlərə nəzarət edən özəl enerji şirkəti tərəfindən icarəyə götürülüb. Yanacaqdoldurma məntəqəsinə isə planlı şəkildə enib və xüsusi yanacaq alıb.

Yanacaqdoldurma məntəqəsinin işçilərindən biri ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını bildirib.

“Yüksək gərginlikli xətlərə nəzarət edən helikopter təcili eniş etmək istədi. Yanacaq tədarükü üçün bizim məntəqəyə üstünlük verdi. İcazə istəyərək eniş etdilər. İlk dəfədir ki, belə bir hadisə baş verir. Ətrafdakı satıcılar həyəcanla izlədilər. Şokda idik. H

elikopter çox gözləmədi. Yanacaq doldurdu və sonra yoluna davam etdi. Bizim üçün maraqlı bir xatirə oldu”, - deyə o, hadisəni danışıb.

Press.az

Oxşar xəbərlər
OTACI