Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev və Mehriban Əliyeva Şuşada təmir və bərpa olunan hoteldə görülən işlərlə tanış olub

28 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olublar.

Press.az-ın xəbərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq.

Məlumat verilib ki, binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb.

Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI