Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya bazarında dollar niyə ucuzlaşır və bunun Azərbaycan üçün riskləri varmı? - AÇIQLAMA

27 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlər dünyada neftin qiymətinin yenidən aşağı düşməsi iqtisadiyyatı “Qara qızıl”dan asılı olan ölkələrdə müəyyən narahatlıqların yaranmasına səbəb olub. Belə ki, bir müddət öncə  100 dollara satılan Azərbaycan nefti hazırda  85 dollar civarında təqdim edilir. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı üçün hər hansı birr is mövcuddurmu?

Press.az xəbər verir ki mövzunu konkret.az-a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən çox asılıdır: “İxracının 90 faizindən çoxu, büdcəsinin isə təxminən yarısı neftdən formalaşır. Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri var. Belə ki, “qara qızıl”ın qiymətinin enməsi ilk növbədə ixrac gəlirlərini azaldır, tədiyyə balansının defisit riskini artırır. Ancaq indiki 85 dollar civarı Azərbaycan üçün kifayət qədər yaxşı qiymətdir. Yəni 60 dollara qədər olan qiymət Azərbaycan üçün məqbul hesab edilir. Bundan aşağı qiymət isə ölkəmiz üçün təhlükəlidir. İndiki vəziyyətdə neftin qiymətinin 85 dollara düşməsi Azərbaycan iqtisadiyyatı üçün risk yaratmasa da, ixrac gəlirlərinin və Neft Fonduna yığılan ehtiyyatların azalmasına səbəb olur”.

İqtisadçı Rövşən Ağayev.

Rövşən Ağayev əlavə edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi daha çox resessiya risklərinin artması ilə əlaqədardır: Rusiya-Ukrayna müharibəsi və postpandemiya dövrü səbəbindən dünya iqtisadiyyatında resessiya riski yüksəlib. Əslində resessiyanın daha da dərinləşməsi, tələbin azalması və dolların bahalaşması amili neftin qiymətinin aşağı düşməsinə səbəb olur. Bildiyiniz kimi əmtəə bazarları dollarla ifadə olunur. Dollar bahalaşanda ona adekvat olaraq götürülən əmtəələrin qiyməti aşağı düşür. Yəni bu üç amil dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə nəticələnir”.

Oxşar xəbərlər
OTACI