Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xviçadan 6 matçda 5 qol

27 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya növbəti qoluna imza atıb.

Press.az xəbər verir ki,  21 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda Cəbəllütariqlə görüşün 19-cu dəqiqəsində rəqibi məyus edib. O, penaltini dəqiq yerinə yetirib. Nəticədə Xviça Millətlər Liqasının qrup mərhələsini 5 qolla başa vurub. Oyunçu bu mərhələdəki 6 görüşün hər birində meydana çıxıb.

Xviça qol hesabında Vladislav Qutkovski (Latviya, 5 qol) və Aleksandr Mitroviçlə (Serbiya, 5 qol) 2-ci yeri bölüşür. Onlar yalnız Norveç yığmasının üzvü Erlinq Haalanddan geri qalırlar  - 6 qol.

Qeyd edək ki, Xviça bu mövsüm "Napoli"nin heyətində nümayiş etdirdiyi oyunla da gündəmə gəlir. O, 9 matçda 4 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, Gürcüstan millisi C Liqasının 4-cü qrupunda 16 xal toplayıb və B Liqasına vəsiqə qazanıb.

Əlavə edək ki, Xviça Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI