Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bugünkü məğlubiyyət mənim üçün ağırdır" - Məhəmməd Adıyev

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Paltardəyişmə otağında da demişdim ki, azlıqda olduğun zaman fiziki güc tapıb mübarizə aparmaq çətindir. Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi. Belarusa qarşı keçirdiyimiz matçla müqayisədə nisbətən zəif çıxış etdik".

Press.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Bakıda Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, "Dünən mətbuat konfransında demişdiniz ki, Canni De Byazi ağzının danışığını bilsin. İndi hansı fikirdəsiniz" sualını belə cavablandırıb: "Çox dərinə gedirsiniz. Nə De Byazi, nə də rəqibin oyunçuları ilə qərəzim var. Biz oyundan sonra da onunla görüşdük. Mən Qazaxıstan yığmasının baş məşqçisiyəm, bizim öz yolumuz var".

Adıyev Millətlər Liqasındakı ümumi çıxışlarından razı qaldığını bildirib: "Bugünkü məğlubiyyət mənim üçün ağırdır. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Uduzduğumuz zaman buna səbəb axtarırıq. Bizim yolumuz hələ irəlidədir".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI