Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbçi oğlunun öldüyünü eşidib ÖZÜNÜ ASDI: 2 saat sonra oğlundan zəng gəldi - ŞOK

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Basarkeçərdəki erməni ailəsi ilə bağlı maraqlı məlumat yayılıb. Oğlunun 13 sentyabrdakı sərhəd döyüşlərində məhv edildiyi barədə xəbəri eşidəndən sonra atası intihar edən erməni hərbçinin sağ olduğu ortaya çıxıb.

Press.az Musavat.com-a istinadən xəbər verir ki, atasının intiharından sonra hərbçi ailəsinə zəng edib.

Basarkeçər meri Aharon Xaçatryan bildirib ki, ancaq son zəngdən sonra hərbçi ilə əlaqə yenidən kəsilib. Əsgər atası özünü saat 3-4 arasında, döyüşlərin qızğın vaxtında asıb. Oğlu isə 5-7 radələrində evə zəng edərək hər şeyin qaydasında olduğunu bildirib. 2 gün sonra hərbçi yenidən zəng etsə də, bundan sonra əlaqə saxlamayıb. Hazırda oğlan haqqında məlumat yoxdur.

Müqavilə ilə xidmət edən hərbçinin bacısı və qardaşı Rusiyada yaşayır.

Oxşar xəbərlər
OTACI