First slide

Səfərbərlikdən qaçan Rusiya vətəndaşları Qazaxıstan sərhədində saxlanıldı - FOTOLAR

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan sərhədçiləri buraxılış məntəqəsindən kənarda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Rusiya vətəndaşını saxlayıblar.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

Qeyd olunur ki, sərhəd pozucuları bu gün Sərhəd Xidmətinin Kostanay vilayəti üzrə departamentinin ərazisində saxlanılıblar.

Onlar bu hərəkətlərini Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq cəhdi kimi izah ediblər.
Hazırda saxlanılan şəxslər dindirilir, bundan sonra onlar Rusiya tərəfinə təhvil veriləcək.

Nazirlik vurğulayıb ki, Rusiya Federasiyasındakı səfərbərliklə əlaqədar Qazaxıstan sərhəd qoşunlarının bölmələri və buraxılış məntəqələri gücləndirilmiş iş rejimində işləyir.

Oxşar xəbərlər
OTACI