Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“ABŞ hələ də PKK-nı dəstəkləyir” - Çavuşoğlu

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir”.

Press.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.

“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”, - nazir deyib.

Nyu-Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.

Oxşar xəbərlər
OTACI