Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub oldu

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.

Press.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb. 

Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib.

Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI