First slide

Söyüş söyən Prezident tutuquşusu - Dəfn mərasimində insanları ŞOKA salıb

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident tutuquşusunun dəfn mərasimində söyüş söyməsi hekayəsi real səslənmədiyi qədər də ağlasığmazdır.

Press.az Sfera.az-a istinadən bu günə qədər baş vermiş ən ağılasığmaz hadisələrdən biri haqqında məlumat təqdim edir.

1837-ci ildə ABŞ-ın 8-ci pezidenti Endryu Cekson vəfat edir. Dəfn mərasimində prezidentin tutuquşusu Polly biabırçılıq törədir. Elə dəhşətli söyüş və nalayiq sözlər işlətməyə başlayır ki, dərhal onu oradan çıxarılmalı olurlar.

Dəfn mərasimində iştirak edən insanlar bu hadisədən dəhşətə gəlirlər. Prezidentə xidmət göstərən qulluqçular isə heyrətə düşürlər. Çünki Polly o vaxta qədər söyüş işlətməyibmiş. Onların sözlərinə görə, quş sadəcə mərasimə toplaşan insanların çoxluğundan həyəcanlanıb və sahibinin başına təhlükə gəlməsi ehtimalı onu özündən çıxarıb, hiddətinə səbəb olub.

Prezidentin tutuquşusu 75 yaşına qədər yaşaya bilən ağıllı quşlardan idi. Bu tutuquşular sözləri öyrənmək və eşitdikləri digər səsləri, o cümlədən telefon zəngi və körpələrin ağlamasını təqlid etmək qabiliyyəti ilə tanınır.

Tutuquşuların səs telləri yoxdur, əksinə nəfəs borularından havanı itələyərək səslər çıxarırlar.

Prezident Cekson həyat yoldaşı Reyçelə hədiyyə olaraq afrikalı boz tutuquşu Pollu almışdı. Lakin xanımı vəfat etdikdən sonra quşa özü qulluq edirdi.

Prezident Cekson çox sərt adam idi. O, müharibə veteranı olub. Bir dəfə çıxışı zamanı nitq söyləyərkən ona sui-qəsd etmək istəyən adam tapançadan səhv atəş açır. O zaman 67 yaşlı prezident Cekson sui-qəsdçini az qala öz çubuğu ilə ölümcül döymüşdü.

Ceksonun tüpürcəkləri Ağ Evdən əksik olmazdı, duelləri ilə məşhur biri idi. Yəni, onun dilinin bir növ “duzlu” olması təbii hal idi, amma tutuquşu mərasimdə tam olaraq nə dedi? Necə söydü? Bunu indiyə qədər heç kim bilmir.

Xatırladaq ki, Endryu Cekson ev tutuquşusu saxlayan yeganə Amerika prezidenti deyildi. Lakin söyən tutuquşu yeganə Endryu Ceksonun olub.

Oxşar xəbərlər
OTACI