First slide

Almaniya indi də ərəblərin ümidinə qalıb

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya kansleri Olaf Şolts Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Press.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Şolts görüşdən sonra iki ölkə arasında enerji tərəfdaşlığını dərinləşdirmək istədiyini bildirib.

O, Səudiyyə ilə hidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlıq etmək istədiyini deyib.

Qeyd edək ki, yaxın vaxtlara qədər qaz təchizatında Rusiyadan asılı olan Almaniya fevralda Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji təchizatını diversifikasiya etməyə çalışır. Kansler bu məqsədlə Körfəz ölkələrinə iki günlük səfər edib.

 

Oxşar xəbərlər
OTACI