First slide

İran İraqa zərbələr endirdi

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran İnqilab Keşikçiləri (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Press.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.

Oxşar xəbərlər
OTACI