Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Press.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri - 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI