Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

O bildirib ki, rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı sentyabrın 23-ü axşam saatlarında polisə müraciət daxil olub:

"Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında o, tapılaraq ailəsinə təhvil verilib".

Qeyd edək ki, Ş.Hüseynova ötən gün oxuduğu məktəbdən çıxdıqdan sonra evə qayıtmamışdı.

Oxşar xəbərlər
OTACI