Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əl-Xəlaifi: "Avropa Superliqası yoxdur və olmayacaq"

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi növbəti dəfə Avropa Superliqası haqda danışıb.

Press.az Fransa mətbuatına istinadən xəbər verir ki, o deyib: "Avropa Superliqasını yaratmaq istəyən komandalar UEFA turnirlərində iştirak edir və orada uğurlarını qeyd edirlər. Hər şey yaxşıdır. Hazırda Superliqa deyilən bir turnir yoxdur və olmayacaq”.

 

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI