Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Olimpiakos"dan BƏƏ klubuna - Rəsmi

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos"un müdafiəçisi Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şardja" klubuna keçidi rəsmiləşib.

Press.az xəbər verir ki, bu barədə BƏƏ klubunun  mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Tərəflər arasında müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayına kimi imzalanıb.

 

Yunanıstan milllisinin 31 yaşlı mərkəz müdafiəçisi “Olimpiakos”a bu ilin yanvarında “Napoli”dən transfer olunmuşdu. Onun bu komandada budəfəki çıxışı 9 ay çəkib. “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Monalos Ağdam klubu da daxil olmaqla bu yarış üçün sifariş olunmuşdu. O, qrup mərhələsində "Nant"la (Fransa) oyunda 90 dəqiqə meydanda olub. Ümumilikdə, Manolas ötən mövsüm 14, bu mövsüm isə 8 oyunda meydana çıxıb.

Xatırladaq ki, "Olimpiakos"la "Qarabağ" arasında ilk matç oktyabrın 6-da Pireydə,  cavab görüşü oktyabrın 13-ü Bakıda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI