Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda NATO kursu keçiriləcək

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda NATO kursu keçiriləcək.

Press.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ölkəmizdə keçiriləcək NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.

Hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın 26-da başlayacaq.

Oxşar xəbərlər
OTACI