Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna daha bir yaşayış məntəqəsinə nəzarəti bərpa edib

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman rayonunun Yatsovka yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Press.az UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini Oleksiy Qromov sentyabrın 23-də brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri bölmələrinin hücumu nəticəsində Yatsovka yaşayış məntəqəsi üzərində nəzarət bərpa edilib: "Bu kənd Xarkov vilayəti istiqamətindən Oskol çayının o biri tayında yerləşir".

O.Qromov bildirib ki, Ukraynanın şərqində vəziyyət ağır olsa da, hələ ki nəzarətolunandır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.

Oxşar xəbərlər
OTACI