Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda polisə müqavimət göstərən şəxsin məhkəməsi başlayıb

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qadınlara hədə-qorxu gəlməkdə, polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən Teymur Yolçuyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Press.z report-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra T.Yolçuyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 49 yaşlı T.Yolçuyev sərxoş vəziyyətdə bıçaqla kafeni işlədən Ləman Heydərovanı, eyni zamanda, ofisiantı hədələyərək 1000 manat pul tələb edib.

Daha sonra polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb.

Buna baxmayaraq T.Yolçuyev silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirib.

Oxşar xəbərlər
OTACI