Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis eyni vaxtda vətəndaşa üç cərimə yaza bilərmi?

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətəndaş Baş Dövlət Yol Polis İdarəsindən şikayətçidir. 

Bu barədə Oxu.Az-ın redaksiyasına Afiq Hacıəliyev adlı şəxs müraciət edib. 

O iddia edir ki, polis qanunsuz olaraq ona üç cərimə yazıb:

“Üç cərimənin eyni anda yazılması düzgün deyil və qanunsuzdur”.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib. 

Qurumun İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, polisin tətbiq etdiyi cərimə protokolunda qanunsuz heç bir hal yoxdur:

“Əgər sürücü eyni anda bir neçə inzibati xəta törədibsə, bu halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, həmin sürücünün törətdiyi inzibati xətalar protokolda qeyd olunmaqla sürücüyə daha ağır xətaya görə müəyyən edilmiş sanksiya tətbiq edilir”.

 

 

Oxşar xəbərlər
OTACI