Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ƏDV üzrə geri qaytarılmalar artırılacaq

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2023-cü ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.

Press.az Oxu.Az -a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

İclasda Vahid Əhmədov ƏDV-lərin diferensiallaşdırılması təklifi ilə çıxış edib. O, bu sahədə hələ də problemlərin olduğunu qeyd edib. 

Samirə Musayeva isə bildirib ki, bu problem dünyada da müşahidə edilir. 

“Çünki ortada sui-istifadə halları olur. Alternativ variant budur ki, ƏDV üzrə geri ödənilən məbləğlər artırılsın və bu, nəzərdə tutulub. Burada məqsəd istehlakçıları nağdsız ödənişlərə stimullaşdırmaqdır”, - deyə Samirə Musayeva qeyd edib. 

 

Oxşar xəbərlər
OTACI