Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tütün məmulatları məcburi nişanlama rüsumundan azad edilir

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur.

Press.az Oxu.Az-a istinadən  bildirir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. 

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya xidməti tütün məmulatları istehsal və idxal edənlərə bildiriş göndərəcək. 

Həmin müəssisələr bildiriş aldıqları tarixdən etibarən bir ay müddətində tütün məmulatlarına tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunacaq. 

Layihədə o da təklif olunur ki, Dövlət Vergi Xidməti qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halını nəzərdə tutsun. 

Oxşar xəbərlər
OTACI