Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan növbəti dəfə Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərdi

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Press.az məlumat verir ki, bu barədə Xarici İşlər nazirinin müavini Elnur Məmmədov açıqlama verib.

Azərbaycan Ermənistanın məhkəmə qərarını pozuğu iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

2020-ci ildən işğaldan azad edilmiş torpaqlarda mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və yaralandığını vurğulayan Məmmədov deyib:

“Ermənistan Beynəlxalq Məhkəmənin azərbaycanlılara qarşı irqi ayrıseçkiliyin təbliği və onun qarşısının alınması ilə bağlı qərarını yerinə yetirməyib. Bundan əlavə, 2020-ci il noyabrın 10-da imzalanmış bəyannamədən sonra Ermənistan işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. “Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının qarşısını alır”-deyə o açıqlamasında bildirib.

Həmçinin Elnur Məmmədov sosial media hesabında paylaşım edərək, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı müvafiq qərar çıxaracağına ümid etdiyini də vurğulayıb.

Oxşar xəbərlər
OTACI