First slide

"Mançester Yunayted"in qapıçısı millimizə qarşı oynamayacaq

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millətlər Liqasının C divizionunun 5-ci turunda bu gün millimizi qəbul edəcək Slovakiya yığması oyuna ciddi itki ilə çıxacaq.

Press.az xəbər verir ki, komandanın əsas qapıçısı Martin Dubravka sıradan çıxıb. "Mançester Yunayted"in yeni transferi zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onu "Pyast"ın (Polşa) qapıçısı Frantişek Plax əvəzləyib.

Martin Dubravka müqavilə ilə "Nyukasl"a məxsusdur. "Mançester Yunayted" sentyabrın əvvəlində onu icarəyə götürüb.

Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər
OTACI