Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli oldu – YENİLƏNİB

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı – Quba yolunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.

Press.az-ın əldə etdiyi məlumata görə, qəzada Şabran sakini 1957-ci il təvəllüdlü A.Ələkbərov ölüb.

İki nəfər orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərilir.

19:44

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən oxu.az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir”.

19:34

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Press.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.

Oxşar xəbərlər
OTACI