Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq edib

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisinə sanksiyalar tətbiq edib.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə, həmçinin daha beş vəzifəli şəxsə də sanksiya qoyub.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.

Oxşar xəbərlər
OTACI