Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaponiya Rusiya təşkilatlarına qarşı ixrac sanksiyalarını genişləndirməyi planlaşdırır

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirmək niyyətindədir.

Press.az xəbər verir ki,Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bu barədə Nyu-Yorkda “Böyük yeddilik”dəki (G7) həmkarları ilə görüşü zamanı bildirib.

“Ukraynadakı vəziyyətə gəlincə, görüş zamanı həmkarlarıma Yaponiyanın indiyədək gördüyü tədbirləri izah etdim. Mən həmçinin dedim ki, biz ordu ilə bağlı Rusiya təşkilatlarına qarşı sanksiya siyahılarını genişləndirəcəyik, həmçinin kimyəvi silahlarla bağlı Rusiyaya məhsulların tədarükünü qadağan edəcəyik”, - o, brifinqdə qeyd edib.

Yaponiya hökuməti bundan əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər kompleksini təsdiqləyib.

Oxşar xəbərlər
OTACI