Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda direktor müəllimi döydü

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib.

Press.az Oxu.Az-a istinadən xəbər veir ki, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib. 

Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır. 

Oxşar xəbərlər
OTACI