First slide

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ!

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

​​​​​​İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edir. Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 20 noyabr 2022-ci il tarixində test imtahanı keçirəcək.

DİM-dən Press.az -a verilən xəbərə görə, test imtahanında namizədlərə aşağıdakı məzmunda test tapşırıqları təqdim olunacaq:

- Hüquqşünaslıq ixtisasına malik olanlar üçün:5

- Azərbaycan Respublikasının Konstitusiyası;

- Azərbaycan Respublikasının Konstitusiya Qanunları, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati-Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, Mülki-Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu;

- Yeni tarix və dünyagörüşü;

- Rəqəmsal məlumatların təhlili;

- Verbal məlumatların təhlili;

- Abstrakt və məntiqi düşünmə.

- Digər ixtisaslara malik olanlar üçün:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- Yeni tarix və dünyagörüşü;

- Rəqəmsal məlumatların təhlili;

- Verbal məlumatların təhlili;

- Abstrakt və məntiqi düşünmə.

Müsabiqədə iştirakla bağlı sənəd qəbulu: https://www.taxes.gov.az/az/post/2090

Ədəbiyyat siyahısı və test tapşırıqların nümunələri: https://www.taxes.gov.az/az/page/edebiyyat-siyahisi-ve-test-tapsirigi-numuneleri

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sənədləri qəbul edilmiş namizədlər 31 oktyabr saat 23:59 tarixədək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər: https://exidmet.dim.gov.az/elimt/VergiTest

Oxşar xəbərlər
OTACI