Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ətin qiymətində növbəti artım - bahalaşma davam edəcək, yoxsa...

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Eyyub Kərimli: “Mal ətinin bahalaşması realda statistik göstəricilərdən daha artıqdır”

Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.

Press.az xəbər verir ki, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq 2.9% bahalaşmadır ki, bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9%-lik bahalaşmadan sonra ən yüksək göstəricidir. Sümüksüz mal ətinin bir kq-nın qiyməti isə 13.55 manatdan 13.81 manata (2%) yüksəlib. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 2% bahalaşma ilə 13 manatdan 13.28 manata qədər bahalaşıb. Toyuq ətində bahalaşma bir qədər az olub. Avqust ayında cəmi 0.4%-lik bahalaşma ilə 5.65 manat/kq təşkil edib. Kolbasanın qiyməti 0.8% artımla 13.19 manat/kq, sosiska isə 0.8% artımla 13.19 manat/kq olub.

Onu da nəzərə çatdıraq ki, son bir neçə gündür dana ətinin qiymətində bahalaşma müşahidə edilir. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.

Satıcılar deyir ki, artım son 1 həftədə baş verib. Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub. O da qeyd edilir ki, ətin qiymətinin bahalaşmasına bir səbəb də rayonlarda danaların bahalaşmasıdır. Bununla belə, qıtlıq davam edərsə, qiymətlərin daha da artacağı istisna edilmir.

Oxşar xəbərlər
OTACI