Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirililir - VİDEO

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya şəhərlərində səfərbərliyə qarşı etirazlar keçirilir. Sibir və Uzaq Şərqdə insanlar həbslərdən qorxaraq şüarsız, plakatsız şəhərlərin mərkəzi meydanlarına çıxırlar. 

Press.az xəbər verir ki, Xabarovskda 12 nəfər səfərbərliyə qarşı aksiyaya çıxıb. 

Yakutskda sentyabrın 21-i axşam saatlarında səfərbərlik elan edildikdən sonra bir neçə nəfər mərkəzdəki meydana toplaşıb.

İrkutskda aksiyalarda təxminən 10 nəfər saxlanılıb, yalnız bir neçə onlarla adam mərkəzi meydana gəlib.

Ümumilikdə təxminən 10 şəhərdə 60-dan çox etirazçı saxlanılıb. 

Moskva prokurorluğu şəhər sakinlərini mitinqlərdə iştiraka, onu təşkil etməyə və ya etirazlara çağırışa görə inzibati cəza və 15 ilə qədər həbs cəzası ilə hədələyib.

 

Oxşar xəbərlər
OTACI