First slide

"Bakcell": Axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün axşam saatlarında "Bakcell" operatorunun şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Press.az-a "Bakcell" şirkətindən bildirilib. 

"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - şirkətdən əlavə olunub. 

***

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Press.az xəbər verir ki, telekommunikasiya xidmətləri göstərən şirkətlərin verdiyi məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

***

Bakcell mobil operatorlarında problem yaranıb. 

Press.az-ın məlumatına görə, mobil operatorun istifadəçiləri zəng və internet xidmətindən istifadə edə bilmirlər.

Bununla bağlı müştəri xidmətlərinə müraciət etsələrdə operatorun fəaliyyətində texniki problem yarandığını qeyd ediblər.

Problemin nə vaxt aradan qaldırılacağı bilinmir.

Oxşar xəbərlər
OTACI