Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Emin Mahmudov: "Rəqibə sürpriz hazırlamışıq"

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov sabah Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə keçirəcəkləri səfər oyunu barədə fikirlərini bölüşüb.

Press.az xəbər verir ki, o, matçdan əvvəl təşkil olunan mətbuat konfransında yaxşı nəticə əldə etməyə çalışacaqlarını bildirib:

"Komandada ab-hava yaxşıdır. Rəqibə sürpriz hazırlamışıq. Baş məşqçi necə oynayacığımızı izah edib. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşaraq yaxşı nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI