Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Oyuna hazırıq" - De Byazi

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasında sabah Slovakiya ilə səfərdə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Press.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Biz də oyuna hazırlıq. Hər şey özümüzdən asılıdır. Slovakiyanın heyətində yaxşı futbolçular var. Şkrinyar, Lobotka kimi ulduzlara məxsus komandadır. Rəqibdən qorxmamalıyıq. Sabah da bunu göstərəcəyik. Komandada atmosfer yaxşıdır. Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik".

66 yaşlı mütəxəssis De Byazi Slovakiya ilə görüşdə kompalt şəkildə onayaraq qalib gəlməli olduqlarını söyləyib: "Öz oyunumuz haqqında düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Onlara necə çətinlik yaradacağımızı bilirik".

Sonda De Byazi millimizdəki taleyi barədə də danışıb. O, bildirib ki, yekun qərarı AFFA verəcək: "Yekun qərarı federasiya verəcək. Hər şeyə rəğmən əvvəlki kimi dost olacağıq. Qarşıdakı iki qarşılaşmanın bu məqamda həlledici olacağını düşünmürəm".

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI