Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paralimpiya idman növləri üzrə baş məşqçilərlə görüş keçirilib - FOTOLAR

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

20 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində yay paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilmişdir.

İclasda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, icraçı direktor Eldar Babayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və paracüdo üzrə Dünya Çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov iştirak ediblər.

İclasda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov milli komandaların hazırki fiziki və psixoloji durumu, maddi-texniki bazasının durumu ilə maraqlanıb. Komitə prezidenti Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına iki ildən az müddət qaldığını qeyd edərək bildirib ki, milli komandalar qarşıdan gələn yarışlara çox ciddi şəkildə hazırlaşaraq Paralimpiya Oyunlarında iştirak üçün vacib olan reytinq xallarını qazanmalıdırlar. İ.Rəhimov Tokio Yay Paralimpiya Oyunlarında əldə edilmiş nailiyyətləri xatırladaraq qeyd edib ki, məqsəd qarşıdan gələn Paralimpiya Oyunlarında Tokionun nəticələrini ən azı təkrarlamaqdır. O, Parisdə milli komandanın daha çox idman növü və idmançı ilə təmsil olunmağının da vacib olduğunu qeyd edib.

Komitə prezidenti İlqar Rəhimov Qarabağ qazilərinin idmana cəlb edilməsi ilə bağlı aparılan işlərdən də söz açıb. Onun sözlərinə görə Vətən müharibəsi qaziləri artıq milli komandaların sıralarına cəlb edilir, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Milli komandanın tərkibində iştirak edən qazi-paralimpiyaçıların Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edəcəklərinə də böyük ehtimalın olduğunu vurğulanıb.

İ.Rəhimov eyni zamanda ölkədə uşaq paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib. Paralimpiya çempionu Vəli İsrafilov, Paralimpiya Oyunları iştirakçısı, para-üzgüçü Dana Şandıbina, paracüdoçu, Avropa çempionatının bürünc mükafatçısı İsmayıl Muradovu misal gətirən Komitə prezidenti gələcəkdə də sağlamlıq imkanları məhdud uşaqların mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərindən əmin olduğunu vurğuladı. Eyni zamanda, İ.Rəhimov növbəti il dünyada ilk dəfə yaradılan uşaq paralimpiya hərəkatının 10 illik yubileyi ilə bağlı 2023-cü ildə ölkəmizdə silsilə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğunu qeyd edib.

İclas zamanı Komitə prezidenti İlqar Rəhimov cari ilin noyabr ayında ölkəmizdə ilk dəfə keçiriləcək paracüdo üzrə Dünya Çempionatına hazırılıqların davam etdiyini, çempionatın yüskək səviyədə keçəcəyinə və doğma divarlar arasında idmançılarımızın yüksək əzmkarlıq göstərəcəyindən əmin olduğunu vurğulayaraq paracüdo üzrə baş məşqçilərə müvafiq tapşırıqlar verdi.

Komitə prezidenti İlqar Rəhimov daha sonra hər bir idman növü üzrə 2023-cü il üçün fəaliyyət planının tərtib edilib və idman şöbəsinə təqdim edilməsini tapşırıb. Eyni zamanda, komandalarda nizam-intizama xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Eyni zamanda baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinə dair işlərin keçirilməsinin vacib olduğu bildirilib.

Yay idman növləri üzrə baş məşqçilər öz növbələrində qarşıdan gələn yarışlara hazırlıq, komandaların fiziki və psixoloji durumu ilə bağlı məlumatları Komitə rəhbərliyinin diqqətinə çatdırıblar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI