First slide

Ceyhun Bayramov Finlandiyanın XİN başçısı ilə danışıqlarda

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Press.az xəbər veirir kinazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Ceyhun Bayramov həmsöhbətinə bölgədə Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib.

Nazir Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazirlər, həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
OTACI