Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Press.az bildirr ki,, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, Culfa dövlət sərhədindəki buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99-GN-233 dövlət nömrə nişanlı, DAF markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib.

Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 000 ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI