Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saxlanılan narkotacirlər sonradan buraxılırmı? - Sorğu və cavab

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlar paytaxtda və şəhərətrafı qəsəbələrdə narkotik maddələrin ticarəti ilə məşğul olan şəxslərin intensiv və az qala kütləvi şəkildə saxlanmasına dair dövri mətbuatda xəbərlərə çox rast gəlinir. Ancaq bu işlə məşğul olanların sayında sanki azalma baş vermir. 

Press.az musavat.com-a istinadən bildirir ki, belə bir iddia var ki, polis orqanlarının saxladığı narkotacirlər sonradan digər hüquq-mühafizə orqanları tərəfindən azadlığa buraxılır. 

Musavat.com-un əməkdaşının bu barədə sorğusuna DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev cavab verib:

"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin azadlığının məhdudlaşdırılması qanunla tənzimlənir.

Suallar var – ziddiyyətli, düzgün olmayan açıqlamalara, şərhlərə rast gəlinir ki, polis hansısa narkotik satışını həyata keçirən şəxsi tutur və sonradan sərbəst buraxır. Halbuki bu fikirlər qəsdən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin və onların yaxın çevrəsinin iddialarıdır. Bu iddialar hüquqi baxımdan məlumatsız şəxslərin düşüncəsində çaşqınlıq yaradır. Nəzərə alınmalıdır ki, inzibati xətalar və cinayət qanunvericiliyinin müvafiq maddələrinə əsasən cəza “az miqdarda”, “xeyli miqdar”, “xüsusilə külli” miqdarlarla bağlı normaya uyğun təyin olunur.

Çaşqınlıq yaradan əsas xüsusları nəzərdən keçirək. İnzibati qanunvericiliyə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati cəzanın həbs növündə yuxarı həddi iki aydır.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şəxs ən az bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Suallar yaradan məqam “azadlığın məhdudlaşdırılması”, “azadlıqdan məhrum etmə” anlayışlarıdır. Azadlığın məhdudlaşdırılması həbs növündə deyil, digər qətimkan növünə – ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.

Azadlıqdan məhrumetmədə isə şəxs cəzasını məhkəmə hökmü əsasında məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada çəkir.

Qaldı ki, digər halda əməldə residiv (təkrar eyni tərkibli cinayət əməli) varsa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsin satış həyata keçirməsi sübuta yetirilibsə həmin şəxsin cəzasının ən aşağı həddi üç, yuxarı həddi on iki ilədək olmaqla azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəzanın yuxarı həddi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə töfsif olunur. Daha bir xüsus isə narkotik vasitənin digər şəxsə bəxşiş-hədiyyə kimi versə belə, bu da satış kimi istintaq olunur. Bununla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı var.

Qeyd olunanları nəzərə nəzərə alaraq, diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli heç bir fakta etinasız yanaşılmır, cəzanın labüdlüyi prinsipi təmin olunur".

 

Oxşar xəbərlər
OTACI