Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bir komanda üçün bu qədər itki çoxdur”

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bugünkü oyunumuz da dünənki qarşılaşmanın bənzəri oldu. İki əsas oyunçumuz – Eduardo və Qalo bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi".

Press.az xəbər verir ki, bu sözləri yoldaşlıq oyununda Qazaxıstana uduzan (5:6) futzal üzrə milli komandamızın baş məçqçisi Joze Alesio Da Silva görüşdən sonra deyib. 

Braziliyalı mütəxəssis oyunçu çatışmazlığından gileylənib: "Yenə birinci hissədə yaxşı oynadıq. Hər iki qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki palanda etmək istədiklərimizi reallaşdırdıq. Heyətimiz kasad olduğuna görə ikinci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda təcrübə qazanacaqlar. 

Nəzərə alın ki, bura 7 əsas oyunçumuzu gətirə bilmədik, üstəlik iki nəfər də dünənki görüşdə zədələndi. Bir komanda üçün bu qədər itki çoxdur. İstənilən halda, nəticə arzuladığımız kimi olmasa da, komandamdan razı qaldım. Həm bizim, həm də Qazaxıstan üçün vacib olan rəsmi oyunlarda qazanılacaq nəticələrdir".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI