Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Komitə sədri dərmanların qiymətindən və keyfiyyətindən narazılıq etdi

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını ifadə edib.

Press.az-ın məlumatına əsasən, Ə.Əmiraslanov komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur.

“Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm. Düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirə bilərik”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanlar çağırılmalıdır.

“İnsanların bu narazılıqları araşdırılmalıdır”, - deyə Ə.Əmiraslanov bildirib.

Oxşar xəbərlər
OTACI