First slide

ABŞ Ukraynaya müasir tanklar verəcək

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Ukraynaya təkcə sovet istehsalı deyil, həm də müasir tipli tankların tədarükünü nəzərdən keçirir.

Press.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

“Tanklar digər variantlarla yanaşı, şübhəsiz ki, gündəmdədir. Minimum ekipaj hazırlığı ilə dərhal çatdırıla bilən mövcud tanklar Sovet modellərinin tanklarıdır. Lakin müvafiq təlim, təmir və texniki xidmət həyata keçirildiyi müddətdə biz başqa variantlara açığıq”, - mənbə qəzetə bildirib.

Məlumata görə, ABŞ-ın Ukraynaya hərbi yardımı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin SSRİ dövründəki silahlardan NATO ölkələrinin istifadə etdiyi silahlara keçməsinə də aiddir.

Nəşr, həmçinin bildirir ki, zirehli texnika Ukrayna Silahlı Qüvvələri üçün vacibdir.

Oxşar xəbərlər
OTACI