Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünü DTX əməkdaşı kimi təqdim edərək 9 min pul “atdı”

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı sakini Fərid Xudatzadə özünü DTX əməkdaşı kimi təqdim edərək iki nəfər qarşı dələduzluq edib.

Press.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünü Dövlət Təhlükəsizliyi Xidmətində baş leytenant işlədiyini bildirib vətəndaş Pərviz Məmmədovdan 6150 manat alıb. Onu DTX-də sürücü kimi işə düzəldəcəyini bildirib. O eyni əməli Pərvizun tanışı Roman İbrahimova qarşı da törədib. F.Xudatzadə Romandan 3030 manat alaraq onu da qurumda sürücü kimi işə qəbul etdirəcəyini bildirib.

Onun əməlləri ilə bağlı cinayət işi başlanıb. Fərid Xudatzadəyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4 312.2-ci (Rüşvət vermədə iştirakçılıq) maddələri ilə ittiham elan olunub.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Oxşar xəbərlər
OTACI