Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nikol Paşinyan partiya sədrləri ilə görüşüb

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüşüb.

Press.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Görüşdə Ermənistan Xristian Demokratik Partiyasının sədri, politoloq Levon Şirinyan, "Vahid vətən" Partiyasının lideri Mher Terteryan, Sosial Demokrat Hunçak Partiyasının rəhbəri Hambik Sarafyan, “Hnçakyan” Sosial Demokrat Partiyasının İdarə Heyətinin rəhbəri Sedrak Açemyan, Ermənistan Demokratik Partiyasının sədri Tiqran Arzakantsyan və ölkənin sabiq Baş naziri Aram Sarkisyan iştirak ediblər.

Həmçinin bu günlərdə hakimiyyətdən KTMT-dən çıxmağı və yeni təhlükəsizlik sisteminin işə salınmasını sərt şəkildə tələb edən Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan müzakirələrdə iştirak edib.

Oxşar xəbərlər
OTACI