First slide

Sabah Ağstafanın qaz təchizatında fasilə yaranacaq

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Press.az bildiri ki,bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər
OTACI