Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Para-atıcılıq idman növü üzrə milli komandamızın üzvü Qran-Pridə iştirak edəcək

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-atıcılıq idman növü üzrə milli komandasının üzvü Yelena Taranova 20-25 sentyabr Serbiyanın Novi Sad şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.

Press.az xəbər verir ki, idmançımız 10m, 25m və 50 metr məsafələrə atış növündə öz gücünü sınayacaq.

Yarışda Beynəlxalq para-atıcılıq federasiyasının dünya çempionatında iştirak üçün təyin etdiyi minimal kvalifikasiya standartını yerinə yetirə biləcək idmançılar 03-18 noyabr tarixlərində güllə atıcılığı üzrə BƏƏ-nin Əl-Əin şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Qeyd edək ki, güllə atıcılığı üzrə milli komandanın digər üzvləri Kamran Zeynalov, Elşad Məmmədov, Aybəniz Babayeva və Rafiq Əliyev 04-13 iyun 2022-ci il tarixlərində Fransanın Şatoru şəhərində keçirilmiş dünya kubokunda minimal kvalifikasiya standartını yerinə yetirərək dünya çempionatında iştirak hüququnu əldə ediblər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI