Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Leykozdan vəfat edən Vətən müharibəsi qazisi dəfn olundu

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. 

Press.az “Report”-a istinadən  xəbər verir ki, o, Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz ay leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.

 

Oxşar xəbərlər
OTACI