Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniya Ukraynanı daha dörd “Panzerhaubitze 2000” silahı ilə təmin edəcək

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya Müdafiə Nazirliyi Ukraynaya daha dörd “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu verəcəyini açıqlayıb.

Press.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Özünün çətin maliyyə vəziyyətinə baxmayaraq, Bundesver Ukraynaya daha dörd özüyeriyən artilleriya silahı - “Panzerhaubitze 2000" verəcək. Nazirliyin bəyanatında silahların verilməsinin təcili çatdırılma ilə bağlı müzakirələrdən sonra mümkün olacağı bildirilib.

Müdafiə naziri Christine Lambrecht bildirib ki, bununla da Almaniyanın Ukraynaya verdiyi yüksək performanslı silahların sayı 14-ə çatıb. Ümumilikdə isə, Hollandiya ilə birlikdə Ukraynaya tədarük edilən bu tip özüyeriyən silahların sayı 22-yə çatıb.

Bundan əlavə, Hollandiyanın baş naziri Mark Rutte və Almaniya kansleri Olaf Şolz telefon danışığında Ukraynaya göndəriləcək hərbi dəstək haqqında birgə razılığa gəliblər.

Oxşar xəbərlər
OTACI