Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Joze Alesio: "İkinci hissədə gücümüz çatmadı"

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq". 

Press.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

O, ikinci hissədə güclərinin çatmadığını bildirib: "Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədə var.

Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI